“Barselona” “Çelsi”, “Real” PSJ-yə rəqib oldu - YENİLƏNİB

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.

 

Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. 1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gəlməyəcək.

 

1/8 finala qrup qalibi kimi yüksələn Türkiyə təmsilçisi “Beşiktaş”ın da rəqibi bilinib. İstanbul klubu Almaniyanın ən titullu komandası “Bavariya” ilə ilə qarşılaşacaq.

 

Növbəti mərhələnin ən maraqlı cütlərində isə “Real”la PSJ, “Çelsi” “Barselona” ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

 

Çempionlar Liqası

1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

 

 

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10