[b]Messi Müllerin rekordunu təkrarladı[/b]
11.12.2017 - 09:40
[b]Messi Müllerin rekordunu təkrarladı[/b]

“Barselona”nın futbolçusu Lionel Messi “Bavariya”nın sabiq hücumçusu Herd Müllerin rekordunu təkrarlayıb. Apasport.az saytı xəbər verir ki, söhbət hansısa futbolçunun Avropanın top-liqalarında bir komandada vurduğu qol sayından gedir.

 

Messi buna İspaniya çempionatının XV turunda “Vilyarreal”la matçda (2:0) fərqlənməklə nail olub. Görüşdə yekun hesabı müəyyənləşdirən argentinalı bununla “Barsa”dakı qollarının sayını 525-ə çatdırıb.

 

Nəticədə Messi Müllerin rekordunu təkrarlayıb.

 

Qeyd edək ki, Herd Müller “Bavariya”da 1964-1979-cu illərdə çıxış edib.  

0