[b]“Real”ın ilk qış transferi bəlli oldu[/b]
11.12.2017 - 09:58
[b]“Real”ın ilk qış transferi bəlli oldu[/b]

“Real”ın qış fasiləsində heyətinə cəlb edəcəyi ilk oyunçunun adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” “Atletik”in qapıçısı Kepa Arrizabalaqanı transfer edəcək.

 

İspaniya millisinin üzvünün bilbaolularla müqavilə müddəti cari mövsümün sonuna qədərdi. Bu səbəbdən “Atletik” “Real”ın transfer təklifini qəbul edib. İlkin razılığa görə, madridlilər yanvarda 25 milyon avro müqabilində Arrizabalaqanı heyətinə cəlb edəcək. Yeni komandası ilə 6 illik müqavilə imzalayacaq qolkiper hər ilinə 2,5 milyon avro maaş qazanacaq.

 

Qeyd edək ki, “Atletik”in yetirməsi olan Kepa Arrizabalaqa İspaniya millisinin heyətində 1 oyun keçirib.

0