[b]Ən yaxşı qış çempionu[/b]
11.12.2017 - 10:30
[b]Ən yaxşı qış çempionu[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk yarısı başa çatıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ” qış fasiləsinə 1-ci pillədə yollanıb.

 

Qurban Qurbanovun yetirmələri mövsümün ilk yarısında cəmi 2 oyunda xal itirib. 14 oyun keçirən Ağdam təmsilçisi 12 qələbə qazanıb. 37 xal əldə edən əyalət təmsilçisi cəmi 5 xal itkisinə üzülüb.

 

2004-cü ildən – ölkə futbolunda canlanmanın baş verdiyi, yeni dönəmin başladığı vaxtdan sonrakı mövsümlərə baxsaq, “Qarabağ” rekorda imza atıb. Belə ki, bu 14 mövsümdə heç bir komanda bu qədər az - cəmi 5 xal itirməmişdi.

 

2007/08 mövsümündə “Olimpik” qış fasiləsinədək cəmi 6 xal itkisi ilə üzləşmişdisə, 10 ildən sonra “Qarabağ” daha yaxşı çıxış edib. Qurbanovun yetirmələri həm də bu dövrdə 2 oyundan başqa hamısında qalib gələn ilk komandadı. Bunadək ən yaxşı nəticə 3 matçda xal itirən “Olimpik”lə “Xəzər Lənkəran”a məxsus idi.

 

Son 14 ildə 6-cı qış çempionluğunu yaşayan “Qarabağ”ın ən yaxşı nəticəsi 4 matça təsadüf edən 8 xal itkisi idi. Bu da ötən mövsüm qeydə alınmışdı ki, ağdamlılar həmin nəticəni kölgədə qoyub.

 

Lakin son 14 ilin ən yaxşı qış çempionu olan “Qarabağ” vurulan və buraxılan qol sayında heç də ən yaxşı qış çempionu deyil. 2004-cü ildən sonrakı dövrdə 2 komanda (“Qarabağ” 2004-də, “Neftçi” 2011-də) 37 qol vurmaqla, 1 klub (“Olimpik” 2007-də) 2 top buraxmaqla fasiləyə 1-ci yollanıb.

 

Son 14 mövsümün qış çempionları

2004/05

Qarabağ

17

13

1

3

37-11

40

2005/06

Karvan

13

9

1

3

18-6

28

2006/07

Xəzər Lənkəran

12

9

2

1

23-5

29

2007/08

Olimpik

13

10

3

0

16-2

33

2008/09

İnter

13

9

4

0

28-8

31

2009/10

İnter

17

11

3

3

30-16

36

2010/11

Neftçi

19

12

5

2

36-9

41

2011/12

Neftçi

18

12

1

5

37-16

37

2012/13

İnter

18

9

7

2

19-7

34

2013/14

Qarabağ

18

10

6

2

31-11

36

2014/15

Qarabağ

16

10

4

2

29-17

34

2015/16

Qarabağ

18

11

5

2

28-12

38

2016/17

Qarabağ

14

10

2

2

26-6

32

2017/18

Qarabağ

14

12

1

1

25-6

37

 

 

0