[b]“Azərbaycanla mübarizə aparmaq üçün bizə çox şey lazımdı” - FOTO[/b]
11.12.2017 - 11:19
[b]“Azərbaycanla mübarizə aparmaq üçün bizə çox şey lazımdı” - FOTO[/b]

“Düşünürəm ki, bu qrup bizim üçün böyük çağırışdı”. Apasport.az saytının məlumatına görə, bunu Trinidad və Tobaqo yığmasının voleybolçusu Kristl Esdell deyib.

 

34 yaşlı təcrübəli kapitan 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatının püşkünə münasibət bildirib. Onun sözlərinə görə, C qrupunda millisi ilə birgə mübarizə aparacaq ABŞ, Rusiya, Cənubi Koreya, Azərbaycan və Tailand mundialda kifayət qədər təcrübəyə malikdilər: “Bizdən başqa, qrupumuzdakı bütün komandalar dünya çempionatında oynayıblar. Belə yığmalarla mübarizə aparmaq üçün bizə çox şey lazımdı. O cümlədən təlim-məşq toplanışı və yaxşı mütəxəssislər. Biz dünyaya balaca adamızın təklif edəcəyi voleybolu göstərmək imkanı qazanmışıq. Növbəti mərhələyə keçmək haqda indidən nəsə danışmaq hələ tezdi. Yalnız komandamız tam hazır olduqdan sonra nəsə edib, ya edə bilməyəcəyimizi söyləmək mümkün olacaq”. 

0