[b]“Qarabağ” qış fasiləsinə rekordla yollandı[/b]
11.12.2017 - 12:52
[b]“Qarabağ” qış fasiləsinə rekordla yollandı[/b]

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb.

 

Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidi. Bunadək də  rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. XIV turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.

 

Qeyd edək ki, bunadək Ağdam klubu X turda “Səbail”i 1:0, XI turda “Kəpəz”i 2:0, XII turda “Sumqayıt”ı 2:0, XIII turda “Zirə”ni 3:2, XIV turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

 

0