[b]Premyer Liqada beş lider[/b]
11.12.2017 - 14:21
[b]Premyer Liqada beş lider[/b]

Azərbaycan Premyer Liqasının başa çatan ilk yarısında ən çox quru oyun keçirən qapıçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk 14 turdan sonra cədvəldə beşhakimiyyətlilikdi.

 

Ölkə çempionatında çıxış edən 5 qolkiper hərəyə 4 quru oyun keçirib. Bunlar “Qarabağ”ın əlcək sahibləri İbrahim Şehiç və Şahruddin Məhəmmədəliyev, “Səbail”dən Emil Balayev, “Qəbələ”dən Dmitri Bezotosnı, “Sumqayıt”dan Fərhad Vəliyevdi.

 

Ağdam klubunun qapıçıları hərəyə 5 matç keçirib və yalnız birində qol buraxıblar. Bezotosnı ilə Balayev 14, Vəliyev 12 qarşılaşmada 4 “quru” oyun keçirib.

0