[b]Yığmamız “pəncərə”dən kənarda[/b]
11.12.2017 - 15:55
[b]Yığmamız “pəncərə”dən kənarda[/b]

Yığmamız “pəncərə”dən kənarda

 

Fevralın 2-də keçiriləcək Azərbaycan – Gürcüstan oyunu FİFA-nın beynəlxalq yoldaşlıq görüşləri üçün “pəncərə”dən kənarda baş tutacaq. Apasport.az saytının məlumatına görə, qurumun növbəti – 2018-ci ildəki ilk belə dövrü martın 19-27-nə təsadüf edəcək.

 

Gürcüstanla görüş bu “pəncərə”dən təxminən ayyarım əvvəl keçiriləcək.

 

Bu üzdən də Türkiyənin Antalya şəhərində baş tutacaq qarşılaşmanın FİFA reyestrinə salınması sual altına düşüb. Matçın qurum tərəfindən tanınması və nəticənin FİFA reytinqində nəzərə alması üçün isə müəyyən prosedurlar gerçəkləşməlidi. Söhbət hər iki federasiyanın razılığı və digər zəruri məsələlərdən gedir. Əgər bunlar həll olunmasa, millimizin tarixinə növbəti tanınmayan matç düşəcək.

 

Qeyd edək ki, yığmamızın FİFA tərəfindən tanınmayan milli komandalar səviyyəsində sonuncu oyunu 2013-cü il fevralın 1-də keçirilib. Həmin vaxt komandamız Özbəkistanla görüşüb – 0:0. 

0