[b]Millimiz 7-ci, Qurban Qurbanov 4-cü dəfə[/b]
11.12.2017 - 16:47
[b]Millimiz 7-ci, Qurban Qurbanov 4-cü dəfə[/b]

Azərbaycan milli komandası 2018-ci il fevralın 2-də keçiriləcək növbəti yoxlama oyununda Gürcüstanla qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki matç iki qonşu ölkənin yığması arasında 7-ci qarşılaşma olacaq.

 

Gürcüstan yığmamızın tarixinə ilk rəqib kimi düşüb. Belə ki, komandamız 1992-ci il sentyabrın 17-də baş tutan Gürcüanidəki görüşdə məhz bu rəqiblə üz-üzə gəlib.

 

Həmin vaxtdan komandalar 6 dəfə görüşsə də, heç vaxt neytral meydanda görüşməyiblər. Azərbaycan millisi 2 dəfə Bakı, 2 dəfə Gəncədə rəqibini qəbul edibsə, 2 matç qonşu ölkədə keçirilib. Antalyadakı matç qonşuların neytral məkandakı ilk matçı olacaq.

 

İndiyədək keçirilən 6 qarşılaşmada 2 dəfə millimiz, 2 dəfə Gürcüstan yığması qələbə qazanıb. Digər 2 görüşdə isə qalib müəyyənləşməyib. 9 topun vurulduğu ilk görüş istisna olmaqla, bu matçlarda 2-dən çox qol qeydə alınmayıb.

 

Gürcüanidəki qarşılaşmada böyükhesablı qələbə qazanan meydan sahibləri ümumi top fərqində üstünlüyə malikdi. Qonşularımız 8, yığmamız isə 6 dəfə rəqib qapısına yol tapıb.

 

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan – 6:3

25 may 1993. Gəncə. YO. Azərbaycan – Gürcüstan – 1:0
12 avqust 1998. Gəncə. YO. Azərbaycan – Gürcüstan – 1:0
4 iyun 2000. Bakı. YO. Azərbaycan – Gürcüstan – 0:0
9 may 2001. Kutaisi. YO. Gürcüstan – Azərbaycan – 1:0
12 sentyabr 2007. Bakı. YO. Azərbaycan – Gürcüstan – 1:1
 

Antalyadakı matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq. Uzun illər futbolçu kimi yığmamızın şərəfini qoruyan 45 yaşlı mütəxəssis qonşu ölkə təmsilçisi ilə elə həmin vaxtlar da qarşılaşıb.

 

O, 1992-ci, 1993-cü və 1998-ci ilə təsadüf edən görüşlərdə hücumçu kimi meydana çıxan Qurbanov Gürcüstan yığmasının qapısına yol tapa bilməyib. Milli tarixinin ən yaxşı bombardiri Gürcüani və iki dəfə Gəncədə fərqlənməyə çalışıb. O, 4-cü dəfə bu rəqiblə, amma bu dəfə yeni ampluada üz-üzə gələcək.

 

Azərbaycan – Gürcüstan görüşlərində daim meydan sahiblərinin qalib gəlməsi diqqət çəkir. Neytral meydanın kimə düşərli olacağına isə Türkiyədəki matçda aydınlıq gələcək.

 

Qeyd edək ki, Antalyada keçirilən qarşılaşma FİFA-nın yoxlama oyunları üçün “pəncərə”sindən kənarda keçiriləcək.

0