[b]“Balotelli, möhkəm dur!” - FOTO[/b]
11.12.2017 - 20:27
[b]“Balotelli, möhkəm dur!” - FOTO[/b]

UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Nitsa” ilə rəqib olan “Lokomotiv”in prezidenti İlya Gerkus maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisinin rəsmisi instaqram hesabından paylaşım edib.

 

O, Fransa klubu ilə rəqib olmaqdan şad olduğunu deyib və fransızları italiyalı hücumçusu Mario Balotelliyə ismarıc göndərib: “Növbəti səhifə Nitsadır. Maraqlı rəqib, tanınmış klub, isti iqlim və gözəl şəhər. Çox maraqlı rəqabətolacaq. Balotelli, möhkəm dur!”.

 

Qeyd edək ki, iki komanda arasında ilk matç fevralın 15-də, cavab oyunu isə həmin ayın 23-də baş tutacaq.

0