[b]“Qarabağ” Azərbaycanı aşmış komandadı” – “Sumqayıt”ın məşqçisi[/b]
11.12.2017 - 21:09
[b]“Qarabağ” Azərbaycanı aşmış komandadı” – “Sumqayıt”ın məşqçisi[/b]

“Maraqlı matç oldu. “Qarabağ” üstün oyun sərgilədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olan “gənclik şəhəri” təmsilçisi 1:2 hesabı ilə uduzub. Baş məşqçi Samir Abasov PRO kateqoriyalı məşqçi kursları ilə əlaqədar, “Atletiko”nun düşərgəsinə yollandığından, oyunsonrası mətbuat konfransında Rəhimov iştirak edib.

 

O, qeydə alınan nəticə haqda bu fikirləri səsləndirib: “Qarabağ” Azərbaycan çempionatını aşmış komandadı. Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün komandamızın 70 faizi gənclərdi. Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridi. Kubok oyunu iki matçdan ibarətdi. Çalışacağıq ki, mərhələni adlayan tərəf biz olaq”.

0