[b]Afrikanın ən yaxşısı odur - FOTO[/b]
12.12.2017 - 00:25
[b]Afrikanın ən yaxşısı odur - FOTO[/b]

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Misir yığmasının və “Liverpul”un hücumçusu Məhəmməd Salah hər kəsi qabaqlayıb.

 

O, BBC-nin saytında keçirilən azarkeşlərin səsverməsində  Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) geridə qoyub.

 

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 24 oyunda 19 qol vurub, 6 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

 

0