[b]“Sumqayıt”ın Türkiyədəki rəqiblərindən biri müəyyənləşdi[/b]
12.12.2017 - 01:06
[b]“Sumqayıt”ın Türkiyədəki rəqiblərindən biri müəyyənləşdi[/b]

“Sumqayıt”ın qış təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi komandalardan birinin adı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, gələn ay Antalyaya yollanacaq “kimyaçılar”ın Türkiyədəki sınaqçı rəqibləri sırasında Rusiya klubu da olacaq.

 

Belə ki, Samir Abasovun yetirmələri “Anji” ilə üz-üzə gələcəklər. Mahaçqala təmsilçisi ilə görüş yanvarın 22-də baş tutacaq.

 

Klubun rəsmi saytından verilən informasiyada “Anji”nin yanvarın 11-də Antalyaya yollanacağı bildirilib. Həmin ayın 23-nə qədər Türkiyədə qalacaq kollektiv Bələk bölgəsində məskunlaşacaq. Komanda bu zaman 3 yoxlama oyunu keçirəcək ki, onlardan biri də təmsilçimizə qarşı olacaq.

 

Qeyd edək ki, “Anji” Rusiya Premyer Liqasında 20 turdan sonra 19 xal toplayıb və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə Azərbaycan Premyer Liqasında qış fasiləsinə 4-cü pillədə yollanıb.

0