[b]Pedro Enrike bombardirlər siyahısında[/b]
12.12.2017 - 09:21
Aərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Pedro Enrike 2 və daha çox qol vuranlar siyahısına daxil olub.
“Sumqayıt”la 1/4 finalın ilk oyununda fərqlənən braziliyalı mövsümdə 2-ci qoluna imza atıb. Bununla da Pedro yarışın ən məhsuldar oyunçuları siyahısında 3-cü yerə şərik olub.
Enrike kimi Rafael Məhərrəmli (“Keşlə”) də 2-ci qolunu 1/4 finalda vurub. O, “Kəpəz”lə görüşdə qol hesabını 2-yə çatdırıb.
Bu iki oyunçu kimi İlyas Səfərzadə (“Kəpəz”), Amil Yunanov (“Sumqayıt”) və Vüsal İsgəndərli (“Zirə”) də 3-7-ci yerlərdə qərarlaşıb.
Bombardirlər siyahısına isə 1/8 finalda het-trik edən Filip Ozobiç (“Qəbələ”) və Daniel Seqoviya (“Neftçi”) başçılıq edir.
0
0