[b]“Azərreyl” səfərdən məğlub dönür - YENİLƏNİB[/b]
12.12.2017 - 21:14
[b]“Azərreyl” səfərdən məğlub dönür - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”da 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın vitse-çempionu “Azərreyl” mərhələnin ilk günündə meydana çıxıb.

 

Bakı təmsilçisi Rumıniyada “Ştiinta”nın qonağı olub. “Dəmiryolçular” cütün favoriti hesab edilsələr də, qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. 

 

İlk iki set rumınların üstünlüyü ilə yekunlaşıb. Komandamızın gücü sadəcə bir setdə qələbə qazanmağa çalışıb. Ancaq sonuncu, həlledici hissədə də üstün olan rumınlar doğma meydanda 3:1 hesablı qələbəyə seviniblər.

 

 

Çelenc Cup

1/16 final, ilk oyun

12 dekabr

“Ştiinta” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:23, 25:20, 22:25, 25:18)

Hakimlər: Ebru Ayata (Türkiyə), Georgios Georgouleas (Yunanıstan)

Bakau, “Sporturilor” Sarayı

 

“Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Svetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova

0