[b]“Qarabağ”ın günahı[/b]
12.12.2017 - 09:55
[b]“Qarabağ”ın günahı[/b]

Çempionlar Liqasında (ÇL) “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” Avropa Liqasının 1/16 final mərhələsində “Kopenhagen”lə üz-üzə gələcək. Apasport.az xəbər verir ki, İspaniyanın mundodeportivo.com saytı cütlüklə bağlı maraqlı məqama toxunub.

 

Belə ki, həmkarlarımız bu komandaların Avropa Liqasına göndərilməsində “Qarabağ”ı günahlandırırlar. Çünki məhz Azərbaycan çempionu Çempionlar Liqasında həm “Kopenhagen”, həm də “Atletiko”nun önünü kəsib.

 

“Qarabağ” qurbanlarının kəsişməsi” başlığı ilə verilən yazıda öncə “Kopenhagen”in ÇL-dən necə kənarlaşdırılmasına toxunulub: “Danimarkalılar pley-off mərhələsinin cavab görüşündə 2:1 hesablı qələbə qazansalar da, bu, kifayət etmədi. Evdə buraxılan top “Kopenhagen”i Avropa Liqasına göndərdi”.

 

“Atletiko”nun isə qrupda “Qarabağ”la görüşlərdə 4 xal itirdiyini vurğulayan ispanlar Madrid klubunun da arzusunu ürəyində qoyan komandanın məhz Azərbaycan təmsilçisi olduğunu qeyd ediblər: “Həm Kopenhagen”in, həm də “Atletiko”nun Çempionlar Liqasındakı arzusunun üzərindən eyni komanda xətt çəkdi. Halbuki Azərbaycan klubu “Atletiko”nun qrupuna düşəndə, hamı 6 xalı görməyə başladı. Hər iki görüşdəki bərabərlik azərbaycanlılar üçün böyük uğur idi. Ağdam komandası Çempionlar Liqası tarixində ilk xallarını da “Atletiko”dan aldı. “Qarabağ”ın qurbanlarının Avropa Liqasının 1/16 final mərhələsində rəqib olmaları isə bir təsadüfdü”.

 

Qeyd edək ki, “Kopenhagen”i ÇL-in pley-off mərhələsində (1:0, 1:2) mübarizədən kənarlaşdıran “Qarabağ” yer aldığı C qrupunda “Atletiko” ilə Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərə qalmışdı.

0