[b]Yarımfinalçıların müəyyənləşəcəyi vaxt dəqiqləşdi[/b]
12.12.2017 - 10:15
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçılar dekabrın 14-də müəyyənləşəcək.
İlk xoşbəxt Gəncədə “Kəpəz”lə “Keşlə”nin matçından sonra növbəti mərhələyə yüksələcək. Sonuncu yarımfinalçı isə Sumqayıtda eyniadlı komandanın “Qarabağ”la matçında bəlli olacaq.
Qeyd edək ki, “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/4 final
Cavab oyunları
14 dekabr (cümə axşamı)
13:00. “Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu
19:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu
15 dekabr (cümə)
16:00. “Səbail” – “Qəbələ”
“Bayıl Arena”
19:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt şəhər stadionu
0
0