[b]Şehiç “Jelezniçar”ın baş məşqçisinə niyə zəng vurub?[/b]
12.12.2017 - 10:56
[b]Şehiç “Jelezniçar”ın baş məşqçisinə niyə zəng vurub?[/b]

“Yaxşı gənc oyunçularımız var. Xüsusən də, əsas komandanın 4 üzvü bizə çox kömək edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Jelezniçar”ın U-19 komandasının baş məşqçisi Omer Yoldiç deyib.

 

Bosniya və Herseqovina təmsilçisi UEFA Gənclər Liqasının pley-off mərhələsində “Atletiko” ilə üz-üzə gələcək.

 

Cütlüyü dəyərləndirən Yoldiç “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin onlara kömək etdiyini söyləyib. Çalışdırıcı həmyerlilərinin rəqib barədə onlara məlumat verdiyini söyləyib: “Biz yalnız öz şansımız barədə düşünürük. Rəqib haqda ətraflı məlumat əldə etmək üçün kifayət qədər vaxtımız var. İbrahim Şehiç bizimlə əlaqə saxlayıb. Çünki onun komandası “Qarabağ” qrup mərhələsində “Atletiko” ilə qarşılaşmışdı. Bosniya və Herseqovina futbolunun popluyarlaşması üçün cəlbedici rəqib istəmişdim. Bu da baş tutdu”.

 

Qeyd edək ki, Gənclər Liqasında “Atletiko” ilə eyni qrupda yer alan “Qarabağ” rəqibinə Bakıda 1:5 hesabı ilə məğlub olsa da, səfərdə (1:0) qələbə qazanmağı bacarmışdı. Qrupun lideri “Çelsi” 1/8 finala, ikinci yeri tutan “Atletiko” isə pley-off mərhələsinə adlayıb.

0