[b]“Azərbaycanla görüşə çağırılsam...” – Kasradze [/b]
12.12.2017 - 13:26
[b]“Azərbaycanla görüşə çağırılsam...” –  Kasradze [/b]

“Uzun müddət idi ki, Azərbaycan və Gürcüstan yığmaları arasında oyun keçirilmirdi. Nəhayət, yenidən üz-üzə gələcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında gürcüstanlı futbolçu Laşa Kasradze deyib.

 

Vaxtilə “İnter” və AZAL klublarında oynamış müdafiəçi millimizin Gürcüstanla fevralın 2-də Antalyada keçirəcəyi yoxlama matçı haqda danışıb.

 

“Samtredia” ilə müqaviləsinin müddəti bu ay başa çatacaq Kasradze Azərbaycana qarşı oynamaq arzusundadı: “Bu görüşdə iştirak etməyi çox istəyirəm. Amma milliyə çağırılıb-çağırılmayacağımı bilmirəm. Dəvət gəlsə, sevinəcəm. Bilirəm ki, görüş FİFA-nın beynəlxalq yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş “pəncərə”sinə daxil deyil. Yəni legionerlərin Azərbaycanla qarşılaşmada iştirakı inandırıcı görünmür. Bu isə Gürcüstan çempionatında çıxış edən futbolçuların, eləcə də mənim yığmağa çağırılmaq şansımızı artırır. Ümid edirəm ki, baş məşqçinin dəvət göndərəcəyi oyunçuların sırasında mən də olacam. Çünki Azərbaycanla matçda iştirak etməyi, tanıdığım futbolçulara qarşı oynamağı çox istərdim”.

 

Kasradze qarşılaşmanın həm Azərbaycan, həm də Gürcüstan yığmasına fayda verəcəyini əlavə edib: “Maraqlı və vacib matç olacaq. Çünki Azərbaycan və Gürcüstan Millətlər Liqasında iştirak edəcək. Bu görüş həmin turnirə hazırlıq xarakteri daşıyır”. 

0