[b]Yığmamızın Hammeri ABŞ vətəndaşı kimi göstərildi[/b]
12.12.2017 - 14:20
[b]Yığmamızın Hammeri ABŞ vətəndaşı kimi göstərildi[/b]

Azərbaycan millisinin basketbolçusu Şakil Onil Makkissik özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 27 yaşlı hücumçusu karyerasını Rusiyada davam etdirəcək.

 

O, “Avtodor” klubu ilə anlaşıb. Milliləşdirilmiş amerikalı İspaniya “Qrin Kanariya”dan transfer olunub.

 

2017-ci ilin iyununda Azərbaycan pasportu verilən Onil vətəni ABŞ-da “Edmonds Kommyuniti” kollecinin, Arizona ştatının universitet komandalarında çıxış edib. İtaliyada “Pesaro”, Cənubi Koreyada “Çxanvon Seykers”, Türkiyədə “Uşaq Sportiv” klublarının da şərəfini qoruyub.

 

Maraqlıdı ki, heyətinin böyük hissəsini legionerlər təşkil edən Azərbaycan yığmasında daha bir legioner “peyda” olub. Bu, İan Hammerdi (Makdonald). Azərbaycan Basketbol Federasiyasının rəsmi saytında milli üzvü kimi göstərilən 27 yaşlı amerikalı da “Avtodor”da oynayır. Lakin Rusiya klubu Makkissiki Azərbaycan və ABŞ vətəndaşı kimi göstərdiyi halda, Hammer amerikalı kimi qeyd olunub.

 

0