Azərbaycan Premyer Liqasında mövsümün başa çatan ilk yarısında 235 vərəqə göstərilib. Apasport.az saytının məlumatına görə, arxada qalan 2 dövrənin 14 turunun 56 matçında 10 qırmızı və 225 sarı vərəqə qeydə alınıb.
Göstərilən sarı vərəqələrdən 12-si sonradan qırmızı vərəqəyə çevrilib. Digər 213 halda isə futbolçu matçı xəbərdarlıqla başa vurub.
“Qarabağ” hamıdan çox – 3 qırmızı vərəqə alıb. “Keşlə” və “Qəbələ” hərəyə 2, “Kəpəz” isə 1 belə cəza alıb.
Cəzalara görə verilən cərimə xallarına nəzər salsaq, çempionatın ən intizamlı komandaları “Səbail”lə “Neftçi”di. Bu 2 klubun 27 belə xalı var. Düzdü, sonuncular qırmızı vərəqə də alıb.
“Qəbələ”, “Sumqayıt” və “Zirə”nin cərimə xalı 34-dü. Lakin sonuncu iki komanda qırmızı vərəqə almasan bu rəqəmə çatıb.
yer |
klub |
sarı |
qırmızı (birbaşa) |
cərimə xalı |
1-2 |
Səbail |
27 |
0 |
27 |
|
Neftçi |
21 |
2 |
27 |
3 |
Keşlə |
22 |
2 |
28 |
4 |
Kəpəz |
26 |
1 (1) |
29 |
5 |
Qarabağ |
21 |
3 (1) |
30 |
6-8 |
Qəbələ |
28 |
2 (2) |
34 |
|
Sumqayıt |
34 |
0 |
34 |
|
Zirə |
34 |
0 |
34 |