SİZİN REKLAM BURADA

“Neftçi” qalmaqallı futbolçunu saxlayıb, 2 mövqeyə əcnəbi axtarır

“Neftçi” klubunun qış hazırlıq proqramı müəyyənləşib. Bu barədə apasport.az saytına məlumatı paytaxt təmsilçisinin baş meneceri Eldəniz Yusifov verib.

 

O bildirib ki, komanda hazırlıq keçmək üçün yanvarın 17-də Antalyaya yollanacaq. Ayın 31-dək Türkiyədə məskunlaşacaq “ağ-qaralar” 5 yoxlama görüşündə qüvvəsini sınayacaq: “Baş məşqçi toplanışla bağlı ilkin planı təqdim edib. Hazırda bunun üzərində işləyirik. Türkiyədə qalacağımız otel və sınaqçı rəqiblərlə bağlı iş gedir. Mümkün rəqiblər arasında Rusiya, Ukrayna, Rumıniya klubları da var. Oyunların tarixi və ona uyğun rəqiblər haqda sabah bütün detallar müəyyənləşəcək”.

 

Yusifov “Neftçi”nin qış fasiləsində heyətdə ciddi dəyişiklik etməyəcəyini də vurğulayıb. O, baş məşqçi Tərlan Əhmədovun iki əcnəbi futbolçu tələb etdiyini vurğulayıb: “Transfer çalışmalarına ölkə kubokunun 1/4 final mərhələsində “Zirə” ilə keçiriləcək cavab matçından sonra başlayacağıq. Baş məşqçimiz iki mövqeyə əcnəbi oyunçu tələb edib: mərkəz müdafiəçisi və hücumçu. Kimlərin gedəcəyinə isə “Zirə” ilə görüşdən sonra qərar veriləcək”.

 

Klub rəsmisi bir neçə gənc yerli oyunçunun icarəyə verilməsini istisna etməyib. Yusifov oyunundan çox meydandankənar qalmaqallarla daim gündəmə gələn Elnur Cəfərov məsələsinə də toxunub. O, gənclər millisinin düşərgəsində olarkən azarkeşi davaya çağıran gənc yarımmüdafiəçinin gedəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib: “Elnur Cəfərovla bağlı mətbuatda məlumatlar yayılır. Ancaq onun transferi üçün bizə heç bir klubdan müraciət edilməyib. Elnuru millinin heyətində olarkən sosial şəbəkədəki paylaşımına görə cəzalandırmışdıq. Ancaq bu, o demək deyil ki, futbolçu ilə yollarımızı ayıracağıq. Bundan əlavə, Tərzin Cahangirov, Fəhmin Muradbəyli, Rahil Məmmədov və Məqsəd İsayevlə bağlı da söz-söhbətlər gəzir. Ancaq bizim öz yetirmələrimizi göndərmək niyyətimiz yoxdu. Ola bilsin ki, hansısa futbolçunu müntəzəm çıxış edərək, oyun praktikası toplaması üçün başqa kluba icarəyə verdik. Yerli transferi məsələsi isə kimlərin getməsindən asılı olacaq. Ola bilsin ki, ayrılanlar müəyyənləşdikdən sonra 1-2 futbolçu cəlb etdik”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10