[b]“Az qol vurması, Ronaldonun yox, “Real”ın problemidi”[/b]
12.12.2017 - 16:29
[b]“Az qol vurması, Ronaldonun yox, “Real”ın problemidi”[/b]

“Barselona”nın müdafiəçisi Nelson Semedo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçu Madrid “Real”ında çıxış edən həmyerlisi Kriştianu Ronaldo haqda danışıb.

 

32 yaşlı hücumçunun məhsuldarlığının aşağı düşməsinə toxunan Semedo buna görə Ronaldonu qınamadığını bildirib: “Düzdü, Kriştianu çempionatda əvvəlki qədər qol vurmur. Əvəzində məhsuldar ötürmələr verir və Çempionlar Liqasında qollarını sıralayır. Az qol vurması Ronaldonun günahı deyil. Bu, Kriştianunun yox, “Real”ın problemidi”.

 

Semedo millidə Ronaldo, “Barselona”da isə Lionel Messi ilə birgə çıxış etdiyinə görə özünü şanslı sayır: “Ronaldo indi də əla futbolçudu. O, bütün gücünü meydanda qoyur. Əksər futbolçular Messi və Ronaldo ilə heç forma dəyişmək imkanı əldə etmirlər. Mən isə hər ikisi ilə komanda yoldaşıyam. Andre Qomeşlə bu mənada fərqlənirik. Dünyanın ən yaxşı futbolçuları – Messi və Ronaldo ilə birgə oynamaq möhtəşəm hissdi”.

 

Qeyd edək ki, Ronaldo La Liqanın cari mövsümündə 11 oyunda aktivinə 4 qol və 2 assist yazdırıb.

 

 

0