[b]ÇL: Son turun ən gözəl qolu - VİDEO[/b]
12.12.2017 - 16:58
[b]ÇL: Son turun ən gözəl qolu   - VİDEO[/b]

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən gözəl qolu müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər arasında aparılan sorğunun qalibi “Liverpul”un hücumçusu Sadio Mane olub.

 

Afrikalı forvardın Moskva “Spartak”ı ilə qarşılaşmada (7:0) vurduğu qol 31,3% səs toplayıb. O, “Real”ın hücumçusu Kriştianu Ronaldonun Dortmund “Borussiya”sının (3:2) qapısından keçirdiyi qolu (31,1%) cüzi fərqlə qabaqlayıb.

 

İlk “üçlüy”ü “Şaxtyor”un yarımmüdafiəçisi Bernard qapayır. Donetsk klubunun “Mançester Siti” ilə keçirdiyi qarşılaşmada (2:1) Bernardın vurduğu top 14% səs yığıb.

0