[b]“Real”dan Salaha təklif[/b]
12.12.2017 - 18:14
[b]“Real”dan Salaha təklif[/b]

“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı “Don Balon” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində “Real” maraqlıdı.

 

“Kral klubu” bu keçidi rəsmiləşdirmək üçün öz futbolçusu Lukas Vaskesi satmağı düşünür. Vaskesin başqa komandaya transferindən əldə olunacaq pul isə Misir yığmasının üzvü üçün xərclənəcək.

 

Salahın transfer qiyməti 40 milyon avrodu.

 

Qeyd edək ki, əvvəllər “Bazel”, “Çelsi”, “Fiorentina” və “Roma” klublarında da oynamış Məhəmməd Salah “Liverpul”da 24 matçda 19 qola imza atıb.

0