[b]Keçmiş “Qəbələ”li klubsuz qaldı[/b]
12.12.2017 - 19:35
[b]Keçmiş “Qəbələ”li klubsuz qaldı[/b]

Ukrayna Premyer Liqa təmsilçisi “Çernomorets” maddi problemlər ucbatından heyətində ixtisarlar etməyə qərar verib. Apasport.az saytının məlumatına görə, “qaradənizlilər” artıq 4 futbolçusunu komandadan yollayıb.

 

Odessa təmsilçisi belaruslu qapıçı Aleksandr Qutor, yarımmüdafiəçi Sergey Politalo və hücumçular Aleksey Antonov və Vladimir Barilko ilə müqaviləyə xitam verib.

 

Ukrayna mətbuatında yayılan xəbərlərdə digər futbolçulardan fərqli olaraq, 23 yaşlı Barilkonun karyerasına zədə səbəbindən son qoyduğu bildirilib.

 

Qeyd edək ki, Antonov 2015/16 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. 31 yaşlı hücumçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 49 oyunda 8 qol vurub.

0