[b]Milli üzvü komandasının ən yaxşısı oldu[/b]
12.12.2017 - 20:39
[b]Milli üzvü komandasının ən yaxşısı oldu[/b]

Milli komandamızın üzvü Dmitri Nazarov “Erzgebirge”nin heyətində ilin ən yaxşı oyunçusu seçilib. Apasport.az-ın məlumatına görə, klub saytında keçirilən səsvermədə Nazarov hər kəsi qabaqlayıb.

 

O, azarkeşlərin 33%-nin etimadını qazanıb. Sonrakı yerləri isə Martin Mannel (26%) və Kristian Tiffert (12%) tutub.

 

Klubun uşaqlar üçün təşkil etdiyi yeni il şənliyində mükafatlarına qovuşan futbolçular azyaşlı azarkeşləri ilə şəkil çəkdirib və onlara avtoqraf paylayıblar. 

 

0