[b]Kiyev final loqosunu təqdim etdi, Şevçenko səfir oldu[/b]
12.12.2017 - 22:54
[b]Kiyev final loqosunu təqdim etdi, Şevçenko səfir oldu[/b]

Kiyevdə Çempionlar Liqasının 2017/18 mövsümünün final matçının loqosunun və kubokun təqdimatı keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşün baş tutacağı “Olimpiyski” Milli İdman Kompleksində təşkil olunan mərasimdə idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

 

Tədbirdə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko, yerli futbol federasiyasının Andrey Pavelko və Kiyev meri Vitali Kliçko da iştirak edib.

 

Bundan başqa, qadınlar və kişilər arasında Çempionlar Liqasının səfirləri də ictimaiyyətə təqdim olunub. Andrey Şevçenko kişilər, İya Andruşak isə qadınlar arasında ÇL-nin səfiri olacaq.

 

Qeyd edək ki, kişilər arasında ÇL-nin 2017/18 mövsümünün final oyunu mayın 26-da “Olimpiyski”də, qadınlar arasıdakı analoji yarışın həlledici görüşü isə Lobanovski adına “Dinamo” arenasında oynanılacaq.

0