[b]Rəhimova “Fənərbaxça”ya ÇL-də qələbə qazandırdı[/b]
13.12.2017 - 00:11
[b]Rəhimova “Fənərbaxça”ya ÇL-də qələbə qazandırdı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” da B qrupunda ilk matçını keçirib.

 

İstanbul təmsilçisi səfərdə “Agel Prosteyov” ilə qarşılaşıb. Milli üzvünün komandası oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.

 

Çexiya klubu ilə matçı yüksək səviyyədə keçirən Polina komandasına qələbə qazandırıb. O, 26 xal toplamaqla qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

 

O, hücumda 22 dəfə fərqlənib. O, digər 3 xalı blokda qazanarkən, daha bir dəfə isə “eys” xalına sevinib.

0