[b]“Milan” Donnarummanın transfer qiymətini açıqladı[/b]
13.12.2017 - 09:36
[b]“Milan” Donnarummanın transfer qiymətini açıqladı[/b]

“Milan” rəhbərliyi komandanın qapıçısı Canluici Donnarummanın transfer qiymətini açıqlayıb. Apasport.az saytı “Corriere della Sera”ya istinadən xəbər verir ki, “rossonyerlər” gənc qolkiperi 70 milyon avrodan aşağı qiymətə satmağı düşünmürlər.

 

18 yaşlı çərçivə qoruyucusunun “Milan”la 2021-ci ilə qədər müqaviləsi var. Bu isə o deməkdi ki, onu heyətinə qatmaq istəyən klub ilk növbədə “qırmızı-qaralar”la razılığa gəlməlidi.

 

Donnarumma isə açıqlamasında ən azı cari mövsümün sonuna qədər hazırkı komandasında qalacağını bildirib.

 

Qeyd edək ki, Donnarumma 2015-ci ildən “Milan”ın əsas komandasında oynayır.

0