Azərbaycan voleybol yığması Avropa çempionatının təsnifat mərhələsinin ilk oyununda Albaniyaya məğlub olub
09.05.2008 - 09:49
Azərbaycan voleybol yığması Avropa çempionatının təsnifat mərhələsinin ilk oyununda Albaniyaya məğlub olub
Bakı. Kənan Həsənov-APA-Sport. Kişilərdən ibarət Azərbaycanın voleybol milli komandası Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Nazim Allahverdiyevin rəhbərlik etdiyi yığmamız Durres şəhərində Albaniyaya 1:3 hesabı ilə məğlub olub. Sotirios Delikostidislə İoannis Amasiadisin (hər ikisi Yunanıstan) idarə etdiyi görüşü cəmi 600 azarkeş izləyib. Komandalar arasında cavab oyunu mayın 11-də Quba Olimpiya Kompleksində baş tutacaq. Cütün qalibi Hollandiya, Latviya və Sloveniya yığmalarının yer aldığı B qrupunda mübarizə aparmaq hüququ qazanacaq.
0