[b]Öncə Nasimov, indi Dabo[/b]
13.12.2017 - 15:26
[b]Öncə Nasimov, indi Dabo[/b]

Azərbaycan Premyer Liqasında mövsümün başa çatan ilk yarısının ən yaxşı bombardiri Baqali Dabo olub. Apasport.az saytının məlumatına görə, hücumçu ilk yarıda 9 qol vurub.

 

Bu məhsuldarlıq son 5 il üçün rekordun təkrarıdı. Belə ki, son 5 mövsümdə heç bir futbolçu qış fasiləsinədək bundan çox qol vura bilməyib.

 

2013/14 mövsümündə Vaqif Cavadov, növbəti yarışda isə Nurlan Novruzov da 9 dəfə fərqlənmişdi. Son iki çempionatda isə 7 qol qış fasiləsinə ən yaxşı yollanmaq üçün kifayət edib. 2015/16 mövsümündə Riçard Almeyda, ötən çempionatda isə Filip Ozobiçlə Dabo bunu bacarıb.

 

Baqalinin indiki göstəricisindən daha çox qol vuran son bombardir isə Nikolas Kanales olub. O, 2012/13 mövsümümdə 15 qol sevinci yaşayıb.

 

Dabonun daha bir rekordu isə ardıcıl 2-ci dəfə ilk yarını zirvədə başa vurması ilə bağlıdı. Baqali futbolumuzda canlanmanın yaşandığı 2004-cü ildən sonrakı dövrdə ardıcıl 2 belə uğur qazanan ikinci oyunçudu.

 

“Qəbələ”nin hücumçusundan başqa yalnız Bahodir Nasimov ardıcıl 2 mövsüm qış fasiləsinədək hamıdan çox qol vurub. Özbəkistanlı legioner “Neftçi”də oynadığı 2010/11 və 2011/12 mövsümlərində hamını arxada qoyub.

 

Qış fasiləsinə bombardir kimi yollananlar

2004/05: Zaur Ramazanov (Karvan) – 17

2005/06: Əhməd Ticani (Şahdağ) - 11

2006/07: Zaur Ramazanov (Xəzər Lənkəran) - 10

2007/08: Branimir Subaşiç (Neftçi) - 10

2008/09: İvan Svetkov (“Xəzər-Lənkəran”) - 10 qol; Amiran Mucuri (“Bakı”) - 9 qol 

2009/10: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7 

2010/11: Bahodir Nasimov ( Neftçi ) - 15 

2011/12: Bahodir Nasimov (Neftçi) - 11 

2012/13: Nikolas Kanales (Neftçi) - 15 

2013/14: Vaqif Cavadov (İnter) - 9

2014/15: Nurlan Novruzov (“Bakı”) – 9

2015/16: Riçard Almeyda (“Qarabağ”) – 7

2016/17: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) – 7

2017/18: Baqali Dabo (“Qəbələ”) – 9

 

 

 

0