[b]DÇ-2018: Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı[/b]
13.12.2017 - 16:12
[b]DÇ-2018: Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı[/b]

Almaniya yığmasının DÇ-2018-də çempion olacağı təqdirdə, alacağı mükafatın məbləği açıqlanıb. Apasport.az saytı xəbər verir ki, Bundestim kuboka sahib çıxsa, millinin hər bir üzvü 350 min avro irəli düşəcək.

 

Bunu Almaniya Futbol İttifaqı rəsmən açıqlayıb.

 

Yoahim Lövün yetirmələri mundialın finalında məğlub olacaqları halda hərəyə 200 min, üçüncü yeri tutacaqları təqdirdə isə 150 min avro mükafat alacaqlar.

 

Almaniya Futbol İttifaqı medalsız qalacağı halda da yığma üzvlərini mükafatsız qoymayacaq – 125 min avro. Komanda mübarizəni ¼ finalda dayandırsa, bu məbləğ 75 min avroya bərabər olacaq.

 

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in final mərhələsində Meksika, İsveç və Cənubi Koreya yığmaları ilə birlikdə F qrupunda mübarizə aparacaq.

 

 

0