[b]“Çempionluq haqda düşünmək axmaqlıqdı” - Konte[/b]
13.12.2017 - 16:55
[b]“Çempionluq haqda düşünmək axmaqlıqdı” - Konte[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte gözlənilməz açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar”ın çalışdırıcısı çempionluq titulunu qoruyacaqlarına inanmadığını bildirib.

 

Maraqlıdı ki, Premyer Liqada cəmi 17 tur geridə qalmasına baxmayaraq, italiyalı mütəxəssis indidən “Mançester Siti”ni çempion elan edib: “Çempionluq yolunda “Mançester Siti” kimi bütün oyunlarda qələbə qazanan bir rəqibin olması mübarizə aparmaq şansınızı çətinləşdirir. Bu məsələdə pozitiv olmağa çalışmaq və çempionluq haqda düşünmək axmaqlıqdan başqa bir şey deyil. Hadisələrə real yanaşmaq lazımdı. Xüsusən də, “Vest Hem”ə məğlubiyyətdən (0:1) sonra çempionluq şansımız imkansıza çevrilib. Bunun da bir bəhanəsi ola bilməz”.

 

Qeyd edək ki, 17 turdan sonra aktivində 35 xal olan “Çelsi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Lider “Mançester Siti”nin isə aktivində 46 xal var.

0