[b]“Azərbaycana gedəndə çox həyəcanlanırdım”[/b]
13.12.2017 - 17:00
[b]“Azərbaycana gedəndə çox həyəcanlanırdım”[/b]

“Azərbaycana çox tez uyğunlaşdım”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin voleybolçusu Lora Kitipova deyib.

 

2011-2012-ci illərdə “İqtisadçı”, 2013-2015-ci illərdə “Azərreyl”də (həmin vaxt “Azəryol” adlanırdı) forma geyinən toppaylayıcısı vətənində verdiyi müsahibəsində Azərbaycanda keçirdiyi illəri yada salıb.

 

O bildirib ki, ilk dəfə legioner həyatı yaşadığı Azərbaycana çox tez uyğunlaşıb: “Azərbaycana gedəndə çox həyəcanlanırdım. Amma Bakı klublarında 4 bolqarıstanlı voleybolçu da mübarizə aparırdı. Yaxşı ki, Azərbaycanda bütün komandalar paytaxtı təmsil edirdilər. Orda hər oyun üçün səfərə getmirsən. Bütün oyunları da eyni zalda keçirirsən. Mən həmyerlilərimi hər gün görürdüm. Onlar məndən böyük idilər. Mariya Filipova, Kremena Kamenova, Diana Nenova və Dobriana Rabadjiyeva 2-3 mövsüm idi ki, Bakı klublarında çıxış edirdilər. Bu təcrübəli oyunçular məni öz dəstələrinə qoşdular”.

 

Hazırda yerli “Martisa”da oynayan Azərbaycan Super Liqasının bürünc medalçısı ölkəmiz və Bakı haqda xoş sözlər də söyləyib: “Azərbaycanlılar çox mehriban, istiqanlı insanlardı. Həmişə fikirlərimiz üst-üstə düşürdü. Onlar sənə həmişə kömək edirdilər. Mən bütün bunlara çox tez alışdım”.

 

0