[b]Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu[/b]
13.12.2017 - 18:39
[b]Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu[/b]

Albaniya çempionatında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin komandası “Kukesi” “Erzeni”ni qəbul edib.

 

İlk görüşdə 4:1 hesablı qələbə qazanmış kollektiv öz meydanında da rəqibinə şans verməyib. Belə ki, matç “Kukesi”nin 5:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

 

Start heyətdə yer alan Rauf fərqlənməyi bacarıb. O, 55-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb. 

0