[b]Yığmamızın oyunçuları Almaniyadan məğlub qayıdır[/b]
14.12.2017 - 09:39
[b]Yığmamızın oyunçuları Almaniyadan məğlub qayıdır[/b]

Qadın voleybolçular arasında CEV kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının iştirak etmədiyi yarışda yığmamızın üzvləri meydana çıxıblar.

 

Belə ki, Olena Həsənovanın şərəfini qoruduğu “Le Kann” Almaniyada “Şverin”in qonağı olub. Qarşılaşma Fransa təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Ev sahibləri yalnız bir setdə məğlubiyyətə üzülüblər – 3:1 (25:22, 16:25, 25:22, 25:22).

 

Həsənova qarşılaşmada 13 xal yığıb.

 

Millimizin hücumçusu Anastasiya Qurbanovanın çıxış etdiyi Fransanın “Venel” klubu da Almaniya təmsilçisi ilə üz-üzə gəlib. “Dresdner”lə səfərdə baş tutan matç da voleybolçumuzun məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (13:25, 18:25, 20:25).

 

Qurbanova komandasına 11 xal qazandırıb.

 

Qeyd edək ki, hər 2 klub cavab görüşünü yanvarın 9-da keçirəcək. 

0