[b]Roberto Karlosun möhtəşəm qolu Türkiyədə təkrarlandı - VİDEO[/b]
14.12.2017 - 12:53
[b]Roberto Karlosun möhtəşəm qolu Türkiyədə təkrarlandı - VİDEO[/b]

Türkiyənin “Bucaspor” klubunun müdafiəçisi Abdullah Balikuv diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, o, bunu ölkə kubokunun 1/16 final mərhələsinin “Sivasspor”la cavab oyununda vurduğu qolla bacarıb.

 

Belə ki, Balikuv 3-cü dəqiqədə effektli qola imza ataraq, azarkeşlərin rəğbətini qazanıb. 23 yaşlı türkiyəli futbolçunun vurduğu qolun hesabına komandası 1:0 hesablı qələbə ilə 1/8 finala adlayıb. Bu qol tək mərhələ adlamaq üçün deyil, tarixi baxımdan da əhəmiyyət kəsb edib. Çünki əfsanəvi futbolçu Roberto Karlosun “Real”ın heyətində “Tenerife”nin qapısından keçirdiyi qola bənzəyib.

 

Qeyd edək ki, Karlos da qapı xətti yaxınlığından sol ayağı ilə fərqlənmişdi. 

0