[b]“Neftçi” və “Keşlə” yarımfinalda - YENİLƏNİB[/b]
14.12.2017 - 20:55
[b]“Neftçi” və “Keşlə” yarımfinalda - YENİLƏNİB[/b]

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk olaraq, “Kəpəz”lə “Keşlə” Gəncədə üz-üzə gəliblər.

 

Bakıda 2:0 hesablı qələbəyə sevinən “Keşlə” cavab qarşılaşmasında da bu üstünlüyünü qoruyub. Səfərdə də rəqibinə qalib gələn Ramiz Məmmədovun kollektivi adını yarımfinala yazdırıb.

 

1/4 final mərhələsinin digər görüşündə isə “Neftçi” ilə “Zirə” qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan “Neftçi” 8-ci km qəsəbə stadionunda məğlubiyyətin əvəzini çıxıb. "Ağ-qaralar" ilk hissədə vurduğu iki qolla yarımfinala adlayıb.

 

Əvvəlcə Barqas hesabı açıb. O, 36-cı dəqiqədə Emin Mahmudovun ötürməsini bir toxunuşla qapıdan keçirib. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə isə Mirabdulla Abbasov fərqi artırıb.

 

İkinci yarıda sərfəli hesabı qoruyan Tərlan Əhmədovun yetirmələri qalibiyyəti əldən verməyiblər.

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

14 dekabr

 

“Neftçi” - “Zirə” - 2:0

Qırmızı vərəqə: Yovan Krneta, 90+4

Qollar: Barqas, 36, Mirabdulla Abbasov, 45+2

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 9. Uqo Barqas, 17. Rəhman Hacıyev, 11. İqnasio Errera, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 26. Ömər Buludov, 20. Elnur Süleymanov, 23. Tərzin Cahangirov, 7. Namiq Ələsgərov, 19. Fəhmin Muradbəyli, 16. Pavel Dreksa, 3. Mateo Mujek
Baş məşqçi: Tərlan Əhmədov

“Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. David Manqa, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Orxan Əliyev, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 88. Milad Bayramov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov

 

“Kəpəz” – “Keşlə” – 2:3

Qollar: Şəhriyar Rəhimov, 48; Kamran Abdullazadə, 80 - Mirsahib Abbasov, 34, 85; Pərdis Fərcad-Azad, 82

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu

İlk oyun – 0:2

“Kəpəz”: 1. Davud Kərimi, 9. İlkin Sadıqov, 19. Aydın Qasımov, 24. Məhəmməd Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 3. Dedimar Fereyra
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 11. Kamran Abdullazadə, 2. Yusif Cəfərov, 7. Sergey Çernişev, 15. Azad Kərimov, 17. Əli Səmədov, 16. Azər Məmmədov, 20. Samba Dialo, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji
Baş məşqçi: Yunis Hüseynov

“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Urfan İsmayılov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 81. Elvin Cəfərquliyev
Baş məşqçi: Ramiz Məmmədov

 

0