[b]19 yaşında ABŞ-da ilin futbolçusu seçildi[/b]
15.12.2017 - 01:04
[b]19 yaşında ABŞ-da ilin futbolçusu seçildi[/b]

“Borussiya”nın gənc futbolçusu Kristian Pulişiç ABŞ-da 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə ABŞ Futbol Federasiyası xəbər yayıb.

 

Dortmundluların 19 yaşlı vingeri hazırda fəaliyyətdə olan futbolçular, baş məşqçilər və futbolveteranlarının iştirak etdiyi səsvermədə 94%-in etimadını qazanıb.

 

Pulişiç sözügedən mükafatı qazanan ən gənc futbolçu olaraq da tarixə düşüb.

 

Qeyd edək ki, Pulişiç bu mövsüm “Borussiya” ilə meydana çıxdığı 21 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

0