[b]“Mançester Yunayted”in yeni hədəfi[/b]
15.12.2017 - 01:37
[b]“Mançester Yunayted”in yeni hədəfi[/b]

“Mançester Yunayted” qışda heyətini gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” “Çelsi”nin üzvü Villianı maraq dairəsinə salıblar.

 

Bu barədə yerli mətbuat xəbər yayıb. Bildirilib ki, artıq braziliyalı futbolçu üçün qarşı tərəfə rəsmi təklif də göndərilib. Hələlik londonluların bu təklifə nə cavab verəcəyi bəlli deyil.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan 29 yaşlı yarımmüdafiəçi 2013-cü idlən “Çelsi”də çıxış edir.

0