[b]Azərbaycan Çempionlar Liqasına buraxılmayacaq[/b]
15.12.2017 - 09:55
[b]Azərbaycan Çempionlar Liqasına buraxılmayacaq[/b]

Avropa Həndbol Federasiyası (EHF) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2018/2019 mövsümü üçün müəyyənləşən siyahı Azərbaycan üçün biabırçı göstərici ilə diqqət çəkib.

 

Kişi komandalarımız 10 ildi avrokuboka qatılmadığından reytinqdə sonuncudu. Belə ki, siyahıda Azərbaycan aktivində xalı olmayan 48 ölkədən xalı olmayan 10-u arasında yer alıb. Ölkəmiz Albaniya, Andorra, Ermənistan, Farer adaları, İrlandiya, Latviya, Lixtenşteyn, Malta və Monteneqro ilə birgə 39-48-ci pillələrə şərikdi. Reytinqə əsasən, yeni ildə Çempionlar Liqasında və EHF kubokunda təmsilçimiz mübarizə apara bilməz. Azərbaycan çempionatında cəmi 4 klubumuzun mübarizə apardığı halda, EHF bu sayda komandamızın “Çelenc Cup” qatılmasına icazə verib.

 

Qadın klublarımızın da uğursuzluğu siyahıda özünü göstərib. Bu reytinqdə Azərbaycan 30-cudu. Ötən illə müqayisədə yeri dəyişməyən ölkəmizin aktivində cəmi 3,63 xalı var. Bu isə 2018/2019 mövsümündə bizə EHF kubokunda 1, “Çelenc Cup”da 3 klubla iştiraka icazə verir.

 

Müqayisə üçün bildirək ki, kişilərin reytinqində birinci olan Almaniya 128,50, qadınlarda Macarıstan 114,13 xala malikdi.

 

Qeyd edək ki, reytinq son 3 mövsümün nəticəsinə əsasən tərtib edilir. 

0