[b]“Neftçi” “şeytanın qıçı”nı qırdı[/b]
15.12.2017 - 10:02
[b]“Neftçi” “şeytanın qıçı”nı qırdı[/b]

Azərbaycan kubokunun 1/4 finalının cavab oyunları “Neftçi” üçün uğurla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbə qazanan “ağ-qaralar” “Zirə” ilə ev oyunlarında uğursuz sindromu qıra bilib.

 

İndiyədək öz meydanında rəqibinə qalib gələ bilməyən “Neftçi” “şeytanın qıçı”nı 8-ci km qəsəbə stadionunda qırıb.

 

Bu, iki komanda arasında ümumilikdə 14-cü matç idi. 7-ci dəfə paytaxt derbisinə meydan sahibi kimi çıxan “Neftçi” ardıcıl 4 ev yenilgisindən sonra sindromu qıra bilib. İlk iki oyunda bərabərliklə kifayətlənən “ağ-qaralar” öz meydanında rəqibinin qapısından 2 top keçirə bilməmişdi.

 

“Neftçi”nin “Zirə” ilə ev oyunları

06.12.2015

Premyer Liqa

Neftçi (Bakı) - Zirə (Bakı)

1:1

23.04.2016

Premyer Liqa

Neftçi (Bakı) - Zirə (Bakı)

0:0

14.08.2016

Premyer Liqa

Neftçi (Bakı) - Zirə (Bakı)

0:1

21.12.2016

Azərbaycan kuboku

Neftçi (Bakı) - Zirə (Bakı)

1:2

05.03.2017

Premyer Liqa

Neftçi (Bakı) – Zirə (Bakı)

1:2

16.09.2017

Premyer Liqa

Neftçi (Bakı) – Zirə (Bakı)

1:2

14.12.2017

Azərbaycan kuboku

Neftçi (Bakı) – Zirə (Bakı)

2:0

 

Ümumilikdə isə “Neftçi” tarixində 2-ci dəfə “Zirə”dən güclü olub. Əvvəlki 13 matçda yalnız 1 qələbəsi olan “ağ-qaralar” yenə kubok oyununda sevinib. 366 gündən sonra derbini qazanan 80 yaşlı klub həm də 6 matçlıq məğlubiyyət seriyasına son qoyub. Bunadək son qələbə ötən il dekabrın 13-də qeydə alınmışdı.

 

Belə ki, “Zirə” biri texniki qələbə olmaqla ardıcıl 6 dəfə rəqibinə qalib gəlmişdi. 10 dəfə çempionat, 4 dəfə kubokda görüşən komandaların duellərində qəsəbə klubu 10, “ağ-qaralar” 2 dəfə qalib gəlibsə, 2 dəfə bərabərlik qeydə alınıb.

 

Qeyd edək ki, 1/4 finalın ilk oyununda 0:1 hesabı ilə uduzan “Neftçi” cavab matçındakı qələbə ilə yarımfinala yüksəlib.

0