[b]Şvaynştayger Türkiyə yolunda[/b]
15.12.2017 - 10:12
[b]Şvaynştayger Türkiyə yolunda[/b]

ABŞ-ın “Çikaqo” klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 33 yaşlı oyunçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

 

“Çikaqo” ilə müqavilə müddəti bu ayın sonuna qədər olan Almaniya millisinin sabiq üzvü karyerasını Avropada davam etdirmək niyyətindədi. O, hətta hazırkı klubunda qazandığı 4,5 milyon avroluq illik məvacibindən də az məbləğə razılıq verəcəyini söyləyib.

 

“Fənərbaxça” bir neçə Avropa klubunun gündəmində olan ulduz futbolçunun meneceri ilə danışıqlara başlayıb. Maraqlıdı ki, həmin klublar arasında yalnız Türkiyə təmsilçisi uzunmüddətli müqavilə təklif edib.

 

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Bastian Şvaynştayger 2002-2015-ci illərdə bu komandanın heyətində 458 oyun keçirib, 61 qola imza atıb.

0