[b]“Xəzər Lənkəran”dan sonrakı “Neftçi”[/b]
15.12.2017 - 11:28
[b]“Xəzər Lənkəran”dan sonrakı  “Neftçi”[/b]

“Neftçi” ardıcıl 7-ci dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi 2011/12 mövsümündə başlayan seriyasını cari turnirdə də davam etdirib.

 

“Ağ-qaralar” iki oyunun cəmində “Zirə”ni mübarizədən kənarlaşdırıblar. Bununla, yarımfinala yüksəlmək seriyası 7-yə çatıb – 0:1, 2:0. Son 6 cəhdindən 5-də finala yüksələn bakılılar yalnız 2016/17 mövsümündə yarımfinalda dayanıb.

 

“Neftçi”siz sonuncu yarımfinal 2010/11 mövsümünə təsadüf edib. Həmin vaxt bakılıları 1/4 finalda “Xəzər Lənkəran” dayandırmışdı – 3:4, 1:1. Cənublulardan sonra “ağ-qaralar”ı 1/4 finalda saxlayan olmayıb.

 

Bu, Azərbaycan kuboku tarixində 2-ci nəticədi. “Neftçi” artıq ölkə rekordunun bir addımlığındadı. Mütləq rekord “Keşlə”yə məxsusdu. Komanda “İnter” adlandığı vaxtdan – 2004/05 mövsümündən ardıcıl 8 dəfə yarımfinala yüksəlib və yalnız 2013/14 mövsümündə bu raundadək irəliləyə bilməyib.

 

Qeyd edək ki, “Neftçi” ümumilikdə 17-ci dəfə kubokun yarımfinalına yüksəlib. Bu da ən yüksək göstəricidi.

0