“Qarabağ” daxili çempionatlarda ən az qol buraxan komandalardan biridi. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi buna Premyer Liqanın geridə qalan ilk yarısında qapısında cəmi 6 top görməklə nail olub.
Qurban Qurbanovun yetirmələri bu baxımdan ölkə birinciliklərində ən az qol buraxan komandalar arasında 4-cüdü. Payız-yaz sistemi ilə keçirilən qitənin 41 çempionatında yalnız Cəbəllütariq, Çexiya və Portuqaliya təmsilçisi qapısında “Qarabağ”dan az top görüb.
Orta hesabla götürdükdə, “Qarabağ” hər matçda 0,42 qol buraxıb. Bu isə öz çempionatında ən az mərkəzə dəvət edilən komandalar arasında 6-cı göstəricidi. Bu baxımdan ilk pillədə Cəbəllütariq klubu “Linkoln” qərarlaşıb. Adıçəkilən komanda 9 turda cəmi 2 dəfə məyus olub. Həmçinin “Viktoriya”, “Porto”, “Srvena Zvezda” və “Sutyeska” da Azərbaycan çempionunu qabaqlayan klublardı.
“Qarabağ”dan geri qalan 35 komanda arasında “böyük beşlik” təmsilçiləri də var. Belə ki, öz çempionatında müdafiə xətti rəqiblər üçün keçilməz görünən “Barselona”, “Atletiko”, “İnter”, “Napoli”, “Roma”, “Mançester Siti”, “Mançester Yunayted”, “Bavariya” və PSJ də ağdamlılara həsəd apara bilərlər.
Qeyd edək ki, Belarus, Estoniya, Farer adaları, Finlandiya, Gürcüstan, İslandiya, İrlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç və İsveç çempionatlarında mövsüm başa çatıb.
Ölkə |
Klub |
Oyun |
Qol |
Orta h. |
Cəbəllütariq |
Linkoln |
9 |
2 |
0,22 |
Çexiya |
Viktoriya |
16 |
5 |
0,31 |
Portuqaliya |
Porto |
14 |
5 |
0,35 |
Serbiya |
Srvena Zvezda |
22 |
8 |
0,36 |
Monteneqro |
Sutyeska |
19 |
7 |
0,36 |
Azərbaycan |
Qarabağ |
14 |
6 |
0,42 |
Sloveniya |
Olimpiya |
18 |
8 |
0,44 |
Bolqarıstan |
Levski |
20 |
9 |
0,45 |
İspaniya |
Barselona, Atletiko |
15 |
7 |
0,46 |
Malta |
Valletta |
13 |
6 |
0,46 |
Rumıniya |
ÇFR Kluj |
21 |
10 |
0,47 |
Kosovo |
Feronikeli |
18 |
9 |
0,50 |
Kipr |
AEL |
14 |
7 |
0,50 |
Yunanıstan |
PAOK, Atromitos |
14 |
7 |
0,50 |
İtaliya |
İnter, Napoli |
16 |
10 |
0,62 |
Slovakiya |
Nitra |
19 |
12 |
0,63 |
Andorra |
Sent Julia |
11 |
7 |
0,63 |
İngiltərə |
Mançester S., Mançester Y. |
17 |
11 |
0,64 |
Şotlandiya |
Seltik |
17 |
11 |
0,64 |
Albaniya |
Şkenderbeu, Flamurtari |
14 |
9 |
0,64 |
Rusiya |
Zenit |
20 |
13 |
0,65 |
Bosniya və H. |
Jelezniçar |
18 |
12 |
0,66 |
Ukrayna |
Dinamo |
18 |
12 |
0,66 |
Uels |
Kardiff |
15 |
10 |
0,66 |
Xorvatiya |
Dinamo |
19 |
13 |
0,68 |
Almaniya |
Bavariya |
16 |
11 |
0,68 |
Avstriya |
Zalsburq |
19 |
14 |
0,73 |
Polşa |
Lex |
20 |
15 |
0,75 |
Fransa |
PSJ |
17 |
13 |
0,76 |
Şimali İrlandiya |
Kolerayn |
19 |
15 |
0,78 |
San Marino |
Tre Penne |
11 |
9 |
0,81 |
İsrail |
Hapoel Hayfa |
13 |
11 |
0,84 |
Ermənistan |
Alaşkert, Qandzasar |
15 |
13 |
0,86 |
Türkiyə |
Beşiktaş |
15 |
13 |
0,86 |
İsveçrə |
Bazel, Sürix |
18 |
16 |
0,88 |
Makedoniya |
Vardar |
18 |
16 |
0,88 |
Macarıstan |
Ferensvaroş |
19 |
17 |
0,89 |
Lüksemburq |
Düdelanj |
12 |
11 |
0,91 |
Hollandiya |
Ayaks, Zvolle |
16 |
15 |
0,93 |
Belçika |
Brügge, Gent |
18 |
17 |
0,94 |
Danimarka |
Brondbü |
19 |
18 |
0,94 |
Qeyd: İtaliyada “Roma” və Hollandiyada “Feyenoord” öz çempionatının ən az top buraxan komandalarından olsalar da, digərlərindən 1 oyun az keçiriblər.