[b]“Kəpəz”, “Neftçi” və “Qarabağ”[/b]
15.12.2017 - 14:20
[b]“Kəpəz”, “Neftçi” və “Qarabağ”[/b]

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını izləyən tamaşaçı sayı bəlli olub. Apasport.az saytının məlumatına görə, arxada qalan 2 dövrənin 14 turunun 56 qarşılaşmasını ümumilikdə 126 min 670 nəfər izləyib.

 

Çempionatın hər matçında orta hesabla 2262 seyrçi qeydə alınıb.

 

Mövsümün arxada qalan hissəsində ən çox tamaşaçı XI turun “Kəpəz” – “Qarabağ” görüşündə olub. Bu oyunu 13 min 300 nəfər izləyib.

 

Ən az tamaşaçı isə “Qəbələ”nin autsayderlə - “Kəpəz”lə matçına təsadüf edib. Həmin qarşılaşmada cəmi 175 seyrçi olub.

 

Ev oyunlarındakı orta tamaşaçı sayına görə isə “Kəpəz” çempionatın mütləq lideridi. Qərb təmsilçisinin 6 ev matçını 50 min 600 nəfər izləyib. Gəncədəki hər görüşdə orta hesabla 8 min 433 nəfər qeydə alınıb.

 

Ümumiyyətlə isə ilk “üçlük”də ölkənin ən köklü komandaları qərarlaşıb. Hər oyuna 2533 tamaşaçı toplayan “Neftçi” 2-cidi. 3-cü pillədə yer alan “Qarabağ”da isə bu rəqəm 2400-dü.

 

Zirvədə ən köklü klublar yer alıbsa, cədvəlin ən aşağı üç pilləsində Premyer Liqanın ən gənc komandaları qərarlaşıb. Debütant “Səbail” sonuncudusa, “Zirə” 7-ci, “Sumqayıt” 6-cıdı.

 

yer

klub

oyun

tamaşaçı

orta

1

Kəpəz

6

50600

8433

2

Neftçi

6

15320

2553

3

Qarabağ

8

19200

2400

4

İnter

8

13120

1640

5

Qəbələ

7

9675

1382

6

Sumqayıt

6

7952

1325

7

Zirə

7

8050

1150

8

Səbail

8

2753

344

 

0