[b]Klublarımız AL-də: Yeni format, yeni ümidlər[/b]
15.12.2017 - 16:11
[b]Klublarımız AL-də: Yeni format, yeni ümidlər[/b]

Avropa Liqasının yeni mövsümünün konturları bəllidi. Apasport.az saytı qitənin ikinci dərəcəli klub turnirində çıxış edəcək 3 komandamızın, həmçinin Çempionlar Liqası ilə erkən vidalaşa biləcək təmsilçimizi nələrin gözlədiyinə aydınlıq gətirir.

 

Yeni formatda keçiriləcək bu dəfəki yarış ən zəiflərin qatılacağı ilkin mərhələdən başlayacaq. Azərbaycan kubokunun qalibi, həmçinin Premyer Liqanın gümüş və bürünc mükafatçısı I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Burada 86 komandaya əvvəlki raundun 8 qalibi qoşulacaq. Klublarımızın bu mərhələdə səpələnmişlərdən olması, asan rəqiblə qarşılaşması gözlənilir.

 

Artıq II təsnifat mərhələsindən nəhəng futbol ölkələrinin iddialıları mübarizəyə start verəcək. Növbəti raundda da Avropa Liqasının imicini qaldıra biləcək güclü komandalar yarışa start verəcək. Çempionlar Liqasının bəzi uğursuzları da bu siyahıya qoşulacaq.

 

Düzdü, IV təsnifat mərhələsi, yəni pley-offa yeni klub olmayacaq. Yalnız əvvəlki raundun qalibləri 13 vəsiqə üçün vuruşacaq.

 

Daha 8 vəsiqə Çempionlar Liqasının Çempionlar yoluna veriləcək. Yeni mövsümdən qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan bütün çempionlar uduzan kimi Avropa Liqasına yollanacaq. Hətta ilkin mərhələnin də uğursuzları bu yolla transferə məruz qalacaq.

 

Azərbaycan çempionu ÇL-in pley-offuna qədər irəliləməsə, Avropa Liqasında – Çempionlar yolu üzrə irəliləməyə çalışacaq. Burada 3 mərhələdə mübarizə aparacaq çempionlar ikinci dərəcəli klub turnirinə düşməyə cəhd edəcək.

 

Avropa Liqasının qrup mərhələsinin daha 10 komandası Çempionlar Liqasından gələcək. 17 klub isə yeni mövsümə elə qrupdan başlayacaq.

 

Avropa Liqası

2018/19 mövsümü

 

İlkin mərhələ - 16 komanda

 

Litva – 3-cü yer

Malta – 2-ci yer, 3-cü yer

Uels – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Farer adaları – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Cəbəllütariq – kubokun qalibi, 2-ci yer

Andorra – kubokun qalibi, 2-ci yer

San-Marino – kubokun qalibi, 2-ci yer

Kosovo – kubokun qalibi

 

I təsnifat mərhələsi – 94 komanda

 

İlkin mərhələnin 8 qalibi

Xorvatiya – 3-cü yer

Rumıniya – 3-cü yer

Danimarka – 2-ci yer, 3-cü yer

Belarus – 2-ci yer, 3-cü yer

Polşa – 2-ci yer, 3-cü yer

İsveç – 2-ci yer, 3-cü yer

İsrail – 2-ci yer, 3-cü yer

Şotlandiya – 2-ci yer, 3-cü yer

Kipr – 2-ci yer, 3-cü yer                    

Norveç – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Azərbaycan – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Bolqarıstan – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Serbiya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Qazaxıstan – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Sloveniya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Slovakiya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Lixtenşteyn – kubokun qalibi

Macarıstan – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Moldova – kubokun qalibi, 2-ci yer, 3-cü yer

İslandiya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Finlandiya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Albaniya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

İrlandiya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Bosniya və Hersqovina – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Gürcüstan – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Latviya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Makedoniya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Estoniya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Monteneqro – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Ermənistan – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Lüksemburq – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Şimali İrlandiya – kubokun qalibi, 2-ci yer, 3-cü yer

Litva - kubokun qalibi, 2-ci yer

Malta - kubokun qalibi

 

II təsnifat mərhələsi – 74 komanda

 

I təsnifat mərhələsinin 47 qalibi

İspaniya – 6-cı yer

Almaniya – 6-cı yer

İngiltərə – 6-cı yer

İtaliya – 6-cı yer

Fransa – 5-ci yer

Rusiya – 5-ci yer

Portuqaliya - 4-cü yer

Ukrayna - 4-cü yer

Belçika - 4-cü yer

Türkiyə - 4-cü yer

Çexiya - 4-cü yer

İsveçrə - 4-cü yer

Hollandiya – 3-cü yer, 4-cü yer

Yunanıstan – 3-cü yer, 4-cü yer

Avstriya – 3-cü yer, 4-cü yer

Xorvatiya – 2-ci yer

Rumıniya – 2-ci yer

Danimarka - kubokun qalibi

Belarus - kubokun qalibi

Polşa - kubokun qalibi

İsveç - kubokun qalibi

İsrail - kubokun qalibi

Şotlandiya - kubokun qalibi

Kipr - kubokun qalibi

 

Çempionlar Liqası yolu, II təsnifat mərhələsi – 20 komanda

 

Çempionlar Liqasında çempionlar yolunun ilkin mərhələsinin 3 məğlubu

Çempionlar Liqasında çempionlar yolunun I təsnifat mərhələsinin 17 məğlubu

 

III təsnifat mərhələsi – 52 komanda

 

II təsnifat mərhələsinin 37 qalibi

Çempionlar Liqasının qeyri-çempionlar yolunun II təsnifat mərhələsinin 3 məğlubu

Rusiya – 4-cü yer

Portuqaliya - 3-cü yer

Ukrayna - 3-cü yer

Belçika - 3-cü yer

Türkiyə - 3-cü yer

Çexiya - 3-cü yer

İsveçrə - 3-cü yer

Hollandiya - kubokun qalibi

Yunanıstan - kubokun qalibi

Avstriya - kubokun qalibi

Xorvatiya - kubokun qalibi

Rumıniya - kubokun qalibi

 

Çempionlar Liqası yolu, III təsnifat mərhələsi – 20 komanda

Çempionlar Liqası yolu, II təsnifat mərhələsinin 10 qalibi

Çempionlar Liqasında çempionlar yolunun II təsnifat mərhələsinin 10 məğlubu

 

IV təsnifat mərhələsi – 26 komanda

III təsnifat mərhələsinin 26 qalibi

                                  

Çempionlar Liqası yolu, IV təsnifat mərhələsi – 16 komanda

Çempionlar Liqası yolu, III təsnifat mərhələsinin 10 qalibi

Çempionlar Liqasında çempionlar yolunun III təsnifat mərhələsinin 6 məğlubu

 

Qrup mərhələsi

IV təsnifat mərhələsinin 13 qalibi

Çempionlar Liqasının qeyri-çempionlar yolunun III təsnifat mərhələsinin 4 məğlubu

Çempionlar Liqasının qeyri-çempionlar yolunun IV təsnifat mərhələsinin 2 məğlubu

Çempionlar Liqasının çempionlar yolunun IV təsnifat mərhələsinin 4 məğlubu

Avropa Liqasının ÇL yolunun IV təsnifat mərhələsinin 8 qalibi

İspaniya – kubokun qalibi, 5-ci yer

Almaniya – kubokun qalibi, 5-ci yer

İngiltərə – kubokun qalibi, 5-ci yer

İtaliya – kubokun qalibi, 5-ci yer

Fransa – kubokun qalibi, 4-cü yer

Rusiya – kubokun qalibi

Portuqaliya – kubokun qalibi

Ukrayna – kubokun qalibi

Belçika – kubokun qalibi

Türkiyə – kubokun qalibi

Çexiya – kubokun qalibi

İsveçrə – kubokun qalibi

                                                                           

0