[b]“Zirə”nin yoxlama matçlarının tarixləri bilindi[/b]
15.12.2017 - 16:08
[b]“Zirə”nin yoxlama matçlarının tarixləri bilindi[/b]

“Zirə”nin qış hazırlıq planı bəlli olub. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, dünən “Neftçi” ilə oyundan sonra istirahətə buraxılan kollektiv yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək. 

 

Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. “Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.
 

Yanvarın 21-də Türkiyəyə yollanacaq “Zirə” hazırlığın ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərində nəzərdə tutulub.

 

“Zirə” fevralın 4-də Bakıya qayıdacaq

0