[b]Yığmamız FİFA reytinqində mövqeyini qorudu[/b]
15.12.2017 - 16:44
[b]Yığmamız FİFA reytinqində mövqeyini qorudu[/b]

FİFA qadınlardan ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 177 komandası yer alıb.

 

Azərbaycan millisi sonuncu dəfə 3 ay əvvəl açıqlanan cədvəldə olduğu kimi yenə 65-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 1360 xal var.

 

FİFA reytinqinin lideri isə ABŞ-dı. Şimali amerikalıların hesabında 2114 xal var. Almaniya 2052 xalla 2-ci, İngiltərə 2033 xalla 3-cüdü.

 

Qeyd edək ki, siyahıdakı 177 komandadan 118-i ümumi sıralamaya daxil edilib. Digər komandalar isə son 4 ildə 5-dən az oyun keçirdiyi və ya 18 aydı rəsmi matça çıxmadığı üçün siyahıya şərti əlavə olunub.

 

0